Gymboree haqqında daha ətraflı məlumat

Bütün Gymboree klubları

+99412 4643226, +99412 4643227

ÜZVLÜK QAYDALARI

Diqqətlə oxumanız xahiş olunur

1.KLUBUMUZA ÜZVLÜK: Gymboree 5 yaşa qədər olan uşaqlar və onlarin ailələri üçün nəzərdə tutulmuş sehrli klubdur. Bu kluba üzv olmaqla siz əylənəcək, həvəsləndirici dərslərdə iştirak edəcək və əla təcrübəyə malik müəllimlərlə qarşılaşacaqsınız. Bir üzv olaraq biz sizdən əməkdaşlarımıza hörmət etməyi, dərs otaqları və avadanlığa qayğı ilə yanaşmağı, üzvlük qaydalarına əməl etməyi və digər üzvlərə hörmət bəsləməyi  xahiş edirik.

2.DƏRSLƏRDƏ İŞTİRAKINIZ: Gymboree dərslərində valideynlərin/baxıcıların iştirakı zəruridir və Gymboree proqramının əsasını təşkil edir. Dərs zamanı siz uşağınızın oyun partnyoruna çevrilirsiniz, buna görə də Gymboreenin bütün tədbirlərində iştirakınız vacibdir. Sizdən bütün tədbirlərlə, mövzularla və təhlükəsizlik qaydaları ilə bağlı müəllimlərin təlimatlarına diqqətlə qulaq asmaq tələb olunur. Biz tövsiyə edirik ki, siz əl calaraq və digər ruhlandirici hərəkətlər edərək uşağınızı dəstəkləyəsiniz ki, onun özunə inamının yaranmasına yardım edəsiniz. Bütün dərs boyunca siz uşağınızdan uzaqlaşmamalı və qolunuzu uzatdıqda onu tuta biləcək məsafədə olmalısınız. 3 yaş və daha böyük uşaqlar üçün rəsm, musiqi və idman dərslərində böyüklərin iştirakı məcburi deyil. Məktəb Vərdişləri dərsi zamanı uşaqları sinif otağında yalnız buraxmağı xahiş edirik, çünki bu onlara müstəqil olmağı öyrədir.

3.Uşağınızın dərslərdə iştirakı: Ustalıq və əminlik təkrar və təcrübə nəticəsində əldə edilir. Uşaqlar dərs fəaliyyətlərini izlərkən və içlərinə hopdurarkən özlərini rahat hiss etməlidirlər. Əksər usaqlar avtomatik olaraq dərslərdə fəal iştirak edə bilmirlər. Uşağınız bəzi hallarda qrup işlərində iştirak etmək istəmirsə, bu normaldır. Əmin olmağa çalışın ki, uşağınız sadəcə müşahidə edərkən belə öyrənməyə və həvəsli olmağa davam edir. Uşağınızın oyun partnyoru olaraq ona oyunlarda iştirak etməyi təklif etməyə davam edin, lakin seçim etməkdə sərbəst olmasına şərait yaradın.

4.SİNİFDƏ İŞTİRAK: Gymboree dərslərində iştirak etmək üçün qeydiyyatdan keçdikdən sonra üzvlüyünüz boyunca sinif otağında sizin yeriniz saxlanacaq. Bundan əlavə diqqətinizə çatdırırıq ki, üzlüyünüz boyunca gəlmədiyiniz dərslərin əvəzinə yaş qrupu uyğun olan siniflərdə yer olduğu təqdirdə iştirak edə bilərsiniz.  Əgər dərsə gələ bilməyəcəksinizsə, nəzərdə tutulmuş dərsdən 24 saat əvvəl bizə zəng etməniz xahiş olunur. Əgər bizə əvvəlcədən dərsə gəlməyəcəyinizə dair məlumat verməsəniz, həmin dərs sizin paketdən tutulacaq.  

5.DƏRSLƏRİN ETİBARLILIĞI: Bütün dərslərdən üzvlüyün etibarlılığı müddətində istifadə edilməlidir. Dərsləri digər üzvlük müddətinə keçirmək və ya onları dondurmaq mümkün deyil.

6.YENİ DƏRSLƏR: Ən azı 5 uşaq eyni vaxtda dərs keçmək barədə müraciət edərlərsə, biz bu xahiş əsasında sinif formalaşdıracağıq. Buna görə də digər analarla danışıb sizin uçun uyğun olan vaxtı müəyyən edin.

7.ÖDƏNİLƏN MƏBLƏĞIN GERİ QAYTARILMASI: Ödənilən məbləğlərin geri qaytarılması rəhbərliyin səlahiyyətindədir. Geri qaytarılan bütün məbləğlərdən inzibati xərclər üçün 10 manat tutulacaq.

8.İDMAN OYUN (PLAY GYM) İMKANLARI: Yalnız cari dərslər üçün qeydiyyatdan keçən uşaqlar idman oyun imkanlarından istifadə etmək hüququna malikdirlər. Qeydiyyatdan keçməmiş uşaqlara və dostlara belə imkan verilmir. Oyun idman dərsləri zamanı hər uşağın yanında mütləq heç olmasa bir böyük olmalıdır.

9.SAĞLAMLIQ VƏ TƏHLÜKƏSIZLIK: Gymborenin çevik dərs qrafiki elə təşkil olunmuşdir ki, siz və ya uşağınız xəstə olduqda dərsə gəlməkdən çəkinəsiniz. Buraya öskürək, qızdırma, burun axması, qusma və ümumi halsızlıq daxildir. Bütün dərs boyunca uşağınızdan uzaqlaşmayın ki, qolunuzu uzadanda ona çata biləsiniz. Dərs zamanı uşağınız əzilərsə və ya siz onun əzildiyini müşahidə edərsəniz, dərhal müəllimə xəbər verin.

10.UŞAĞINIZIN GEYİMİ: Dərs zamanı uşağınız rahat paltar geyinməli və ayaqyalın olmalıdır.Corab və ya dəri ayaqqabı sürüşkən ola bilər və xüsusilə dirmanarkən ayağın hərəkətinə mane ola bilər.

11.SİZİN GEYİMİNİZ :Valideynlər və baxıcılara da rahat paltar geyinmək tövsiyə olunur, cünki siz bütün dərs fəaliyyətlərində iştirak edəcəksiniz. Gigiyena nöqteyi-nəzərindən böyüklər bütün dərslər boyunca corab geyinməlidirlər. Yanınızda bir cüt corab olmasından əmin olun.

12. BiR UŞAĞA BİR BÖYÜK: Dərs zamanı bir böyük yalnız bir uşağa baxa bilər. Yalnız daşıma çantasında olan körpələrə istisna ediləcək.  Daha azyaşlı uşaqlar (üzv olmayan) sinfə gətirilə bilməz.

13.İTƏN ƏŞYALAR: Əşyalarınızı nəzarətsiz qoymamanızı xahiş edirik. İtən əşyalara görə biz məsuliyyət daşımırıq.

14.OYUN SAHƏSİ: Dərs zamanı mobil telefonları söndürməniz xahiş olunur. Oyun sahənizə yemək-içmək gətirmək qadağandır.

15.MÜƏSSiSƏMiZ HAQQINDA FIKRINIZ VƏ RAZILIĞINIZ: Məqsədimiz sadəcə sizin gözləntilərinizə cavab verməkdən deyil, onları aşmaqdan ibarətdir. Keçdiyiniz dərslər, əməkdaşlarımız və ya Gymboree proqramının hər hansı iştirakçısı ilə bağlı fakir bildirmək istərsəniz, tərəddüd etmədən rəhbərlikdən biri ilə görüşün. Yadda saxlayın ki, dərs demə tərzi bir şəxsi münasibətdir, ona görə də istidiyiniz zaman hər hansı müəllimdən məmnun qalmasanız, sinfinizi dəyismək mümkündür.